Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.
Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.
“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.
Onun sözlərinə görə, 26 iyun keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.
“Bizim həmçinin nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələ ki, sınaqdan keçirilməyib”, - deyə o əlavə edib.