Dünən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən və saat 14:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində bir ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan erilən məlumata əsasən, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin tapıldığı yerin ətrafında 4 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.