İki gündür ki, xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur.
Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Göyçay rayonunun Bığır kəndində baş verib.
Sakinlərin sözlərinə görə, onlara məxsus heyvanları hər gün otlaq sahələrinə göndərirlər. İyun ayının 15-də axşam saatlarından qoyunlar ölməyə başlayıb. Onlar bildirir ki, qoyunlar yanmış taxıl sahələrində otarılandan sonra bu vəziyyətə düşüb.
Həmin günü sürünü kənd sakini Rahim Hacıyev otarıb. Rahim Haciyev isə hələ ki, kəndlilərin qarşısına çıxmır.
Hadisə ilə bağlı rayon Baytarlıq İdarəsinin həkimləri əraziyə cəlb olunublar. Xəstə heyvanlara baxış keçirilib, ölmüş cəsədlərdən isə nümunələr götürülüb.
Müayinələr zamanı məlum olub ki, xırdabuynuzlu heyvanların tələfatına səbəb taxıl sahələrində yediyi buğda və dərhal su içməsi olub.
Məlumata görə, ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.