Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
* * * * *
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.
Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".
* * * * *
Son məlumata görə, yanan Nərimanov rayonunda "Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyüdür.
Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.