ADİU-nun müəllimi Baş prokurordan kömək istəyir- Adları işdə,özləri xaricdə olan müəllimlərin məvacibini kimlər mənimsəyib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

ADİU-nun müəllimi Baş prokurordan kömək istəyir- Adları işdə,özləri xaricdə olan müəllimlərin məvacibini kimlər mənimsəyib?

Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı bəzi saytlarda və digər KİV-də yayılan informasiyalar bir daha təsdiqlədi ki,bu təhsil ocağı ilə bağlı fikir birmənalı deyil , o cumlədən ”inkişaf” adı altında dəyişən daha çox Universitetin obreviaturasının UNEC-lə əvəzlənməsidir.

Eləcə də ,2015-ci il ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması”ına dair mətbuatda yer almış fikirlərin özü belə bu ali məktəblə bağlı müəyyən qaranlıq mətləblərdən xəbər verir.Bu məbləğin Universitetdə çalışan müəllimlərin məvacibində artıma səbəb olmaması isə artıq narazılıq yaradan məsələlərdəndir ki,hazırda etiraz səsləri ucalmağa başlayıb.

ADİU-nun bir sıra saytlarda “reklam”ı,bir neçə millət vəkilinin bəlağətli fikirləri,bəzi təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı Universitetlərlə “müqayisə”si ,görünür, heç də həqiqəti əks etdirmirmiş. Hətta,bəzi baş redaktorların orada keçirilən sessiya imtahanlarına “telefon başında şahidlik etmələri”belə görüntü xatirinə imiş.Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülməlidir.

Bir müddət əvvəl,Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Zərifə Mansurovanın KİV-lər vasitəsilə video- müraciəti də  bir çox mətləblərə aydınlıq gətirir. Sözügedən müraciətdə Z.Mansurovanın haqsız yerə işdən çıxarılmasından, habelə ADİU-da baş verən müxtəlif qanunsuzluqlardan söz açılır:

“Mənim 36 illik pedaqoji stajım var.Təqaüdə çıxmağıma 4-5 il qalıb. Belə bir vaxtda məni ixtisar adı ilə işdən azad ediblər. Ancaq sonradan yerimə “Tərcümə Mərkəzi”nin bir əməkdaşını işə götürüblər. Bu necə ola bilir? Uzun illər pedaqoji sahədə çalışan, təhsil sisteminin incəliklərini, metodikasını bilən bir şəxsi işdən kənarlaşdırırlar, ancaq onun yerinə təhsil sahəsindən uzaq, daim tərcümə ilə məşğul olan adamı işə götürürlər.Nədir maraqları?

Bundan əlavə, necə olur ki, bizim kafedrada şərqşünas, türkoloq ixtişaşına malik olanlar rus dili müəllimi kimi işdə saxlanılır, ancaq sırf rus dili mütəxəssisi olduğum halda mən ixtisara salınıram”.

Zərifə Mansurova üzləşdiyi haqsızlığın səbəbini aydınlaşdırmaq məqsədilə rektor Ədalət Muradovun qəbuluna düşmək istəsə də, buna nail ola bilmədiyini deyib: “Mən dəfələrlə rektorun qəbuluna getmişəm. Lakin görüşmək mümkün olmayıb. 2 dəfə də Təhsil Nazirliyində olmuşam. Oradan da məni rektorun qəbuluna göndəriblər. Ancaq yenə də heç nə alınmayıb. Rektorun ətrafı, xüsusən də prorektorlar görüşə imkan verməyiblər”.

Z.Mansurova müəllimlər arasında necə ayrı-seçkilik edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib: “Bir neçə il əvvəl ADİU-da diferensial əmək haqqı tətbiq edildi. Ancaq bu məsələ mənə aid edilmədi. Belə ki, mənim dərs proqramımı qəbul etmədilər. Bu söhbət düz 5 il çəkdi. Yalnız mən işdən çıxarılandan sonra həmin dərs proqramı təsdiq edildi. Onu da deyim ki, vaxtilə maaşlar qalxan kimi məni yarımştata keçirdilər ki, sonda da əmək haqqım cəmi 315 manat oldu.

ADİU-nun müəllimi bir sıra digər faktları da açıqlayıb: “Çox acınacaqlı haldır ki, kafedrada müəllimlər 2 yerə bölünüb. Yalnız rəhbərliyə yaxın, özlərinin marağında olan müəllimlər irəli çəkilib. Diferensial əmək haqqı da onlara tətbiq edilib. Hətta, bu məqsədlə bəzi müəllimlərin adına başqa müəlliflərin əsərləri yüklənib. Sertifikatlar da özlərinə yaxın müəllimlərə verilib”.

Z.Mansurovanın açıqladığı bir məsələ isə xüsusi narahatlıq doğurur və ADİU-da baş verənlərin əsl mahiyyətini ortaya qoyur: “36 ildə bircə gün icazəsiz işdən qalmadığım halda məni işdən çıxardan universitet rəhbərliyi çox qəribədir ki, xaricdə yaşayan bir sıra şəxsləri işlə təmin edib.Əslində isə onların adları var, özləri yox. Onlar kağız üzərində kafedranın iclaslarında iştirak edən kimi gösərilir. Lakin həmin şəxslər nə kafedranın iclaslarında iştirak edir, nə də dərs keçirlər. Dərs zamanı onları rəhbərliyə yaxın müəllimlər əvəz edir. Bir neçə min manatlıq maaşlarını da bankomatlardan həmin şəxslər çıxarırlar.

Əgər müşahidə kameralarına baxış keçirilsə, onda xaricdə, misal üçün Londonda yaşayan şəxslərin əvəzinə ADİU-nun auditoriyalarında dərslərə hansı müəllimlərin girdiyini, eləcə də bankomatlardan pul vəsaitlərinin kimlər tərəfindən çıxarıldığını müəyyən etmək olar?”

Z.Mansurova bütün bu məsələlərə hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edərək onun işə qarışmasını və aparılacaq araşdırmaları şəxsi nəzarətə götürməsini xahiş edib.

Göründüyü kimi,İqtisad Universitetində “ölü canlar”ın müasir formasının tətbiqindən tutmuş,dostbazlıq,qohumbazlıq,yerlibazlıq kimi hallar adi hala çevrilib. 

ADİU-da baş verən saxtakarlıqlardan söz düşmüşkən, bir məsələni də xatırlatmaq, yəqin ki, yerinə düşər. Belə ki, sabiq rektor Şəmsəddin Hacıyevin vaxtında tələbələrin 4500-dən (dörd min beş yüz) artıq kəsir sayı olub. İndi sual olunur: O qədər kəsirə görə neçə nəfər ADİU-dan xaric edildi, ümumiyyətlə, belə bir hal oldumu? O qədər kəsir hansı yollarla, hansı şərtlərlə aradan qaldırıldı, diplomlar nələrin hesabına verildi?! Çox güman ki, bütün bu suallar rektor Ədalət Muradov tərəfindən cavabsız qalacaq. Necə ki, bir neçə il əvvəl ADİU-da 9 müəllim tərəfindən bir həftə ərzində 620 min manat rüşvət yığılması məsələsi ört-basdır edildi. Həmin vaxt Ə.Muradov cəmi 3 nəfəri işdən azad etməklə işini bitmiş hesab etdi. Əgər onun bu işlərdən həqiqətən xəbəri yox idisə, niyə prokurorluğa müraciət edib, məsələnin ətraflı araşdırılmasını tələb etmirdi?!

Son günlər isə ADİU-nun adı daha bir biabırçı hadisə ilə bağlı mediada, sosial şəbəkələrdə müzakirə hədəfinə çevrilib.KİV-lərdə yazılanlara görə , universitetin mətbuat katibi Vüsal Şərifov kabinetində bir xanım müəllimlə  əxlaqsızlıqla məşğul olarkən mühafizə xidmətinin əməkdaşları qapını sındıraraq içəri daxil olub və sonra baş verənlərlə bağlı rektora məlumat veriblər.

Ə.Muradovun bu məsələ ilə bağlı atdığı addım isə hər kəs  tərəfindən təəccüblə qarşılanıb.Belə ki, xanım əməkdaş işdən qovulub, Vüsal Şərifov isə mükafatlandırılıb – yəni, yeni yaradılan bir departamentə direktor təyin edilib – maaşı da 3000 manat.Belə çıxır ki, bütün günah xanım əməkdaşda olub.

Gerçəkdən də əsl rəzalətdir. Hər zaman ADİU-nu göylərə qaldıran, reklam edən təhsil ekspertləri, saytlar isə susurlar. Nə oldu, niyə susursunuz. Yoxsa, elə bilirsiniz, qar yağdı, kalafalar örtüldü?

Bəlkə, Ə.Muradovun xeyir-duası ilə bəzi həmkarlarımızın universitetdə doktoranturaya qəbul edilməsi bu cür susqunluğa səbəb olub?

Nəhayət,onu da xatırladaq ki, bir müddət əvvəl rektor Ə. Muradovun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı yaranan məlum qalmaqallı söhbətlər də ADİU-nun kollektivi arasında əməlli-başlı şok effekti yaratmışdı.Hazırda bu məsələ məhkəmə predmetidi. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər  elmlər doktoru  kimi  tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi  söz-söhbətə səbəb olub.

 Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi  almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O  21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən  söz-söhbətlərə yol açıb.  Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan  8 ay sonra  əvvəl  professor, ardınca isə doktor adını necə alıb?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həsrət Gündoğan

Faktinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 985 18.06.18 22:26