Bakıda bir qrup şəxs ağacların kəsilməsinə etiraz ediblər.
Criminal.az sayıtının məlumatına görə, Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə kücəsi, bina 2-nin qarşısında ağacları kəsərək, bina tikmək istəyirlər. Sakinlər bayram günü tikintiyə sivil şəkildə etiraz edib.
Əraziyə polis əməkdaşları gəlib, sakinləri həbslə hədələyib. ''Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri''-deyə polis zabitlərindən biri qışqıraraq aksiyaçıları hədələyib.