MTK-lardan dəfələrlə yazılsa da, bu mövzu daima gündəmdədir. Çünki MTK-ların daima qanunsuzluğu, özbaşnalığı müşahidə olunur.
Hətta bəzi MTK-ların ailə üzvlərini qarşı-qarşıya gətirdiyinin də şahidi oluruq. Necə ki, bu gün Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, bina 48, mənzil 20-də yaşayan şikayəçi Zaur Nəcəfov MTK-dan 102-yə şikayət etdiyi üçün öz anası ilə üz-üzə gəlib. Hətta vəziyyət o həddə çatıb ki, ana MTK-dan şikayət etdiyi üçün oğlunu xəstəxanaya atdırıb.
Bu barədə Hurriyyet.org-a danışan şikayətçi bildirdi ki, onu mayın 2-dən 22-nə qədər 2 saylı Klinik Psixiatriya Xəstəxanasında saxlayıblar: “Səbəb də o idi ki, mən aprelin 7-də 102 xidmətinə zəng etmişdim ki, yaşadığımız binanın Mənzil Tikinti Kooperativi kommunal xidmətlərə görə bizi soyur, komendat Mübariz Mantaşov işığa, qaz görə böyük pullar yığır, özü də heç bir ödəniş qəbzi təqdim etmir”.
Z. Nəcəfov deyir ki, 102-yə şikayət edəndən sonra ona çox təzyiqlər olub: “Aprelin 12-də komendat Mübariz Mantaşov anamla dalaşdı. Anam da mənə təzyiq etməyə başladı. Anam məni xəstəxana ilə hədələməyə başladı. Aprelin 12-də təcili yardıma zəng etdi ki, məni xəstəxanaya qoysunlar. Anamın təcili yardım işçiləri il sözləri düz gəlmədi, onlar çıxıb getdilər. Mən həmin gün “uçastkovı” İlkin Nəsrullayeva zəng edib, dedim ki, kooperativdən şikayət etmişəm deyə, məni evdən çıxarıb xəstəxanaya qoymaq istəyilər. O da mənə dedi ki, səni dəlixanya qoymaq istəyən kimdi? Sən ağıllı-başlı adamsan, dəlilər çöldə gəzir. Mənə dedi ananın nömrəsini ver, mən də verdim. Anama zəng etdi, anam isə telefonu götürmədi. Ondan sonra, məndən xəlvət “ucastkovı” qardaşımla da danışırdı. Məni də aldadırdı ki, qardaşını tanmıram. Sonra mayın 1-də İlkin Nəsrullayev mənə zəng etdi, dedi ki, bu gün saat 3-də gələrsən, görək anan səni niyə dəlixanaya qoymaq istəyir... Həmin gün getməyimiz alınmadı. Mayın 2-də yenə zəng etdi, saat 3-də sahə məntəqəsinə getdim, məndən izahat aldı. Dedi ki, əgər sən sağlam olduğun barədə rəy almasan, başını xarab edə-edə duracaqlar, anangil səni xəstəxana ilə qorxudacaqlar. Sonra anama zəng etdi, çöldə danışdı. Ondan sonra anam və təcili yardımın işçiləri sahə məntəqəsinə gəldilər. Evə gedəndə anam mənə yolboyu dedi ki, təcili yardım səni müayinəyə aparır. Sonra təcili yardımın işçiləri də evə zorla soxuldular, məni maşına mindirdilər. Yolboyu məni aldadıb, dedilər ki, səni müayinə edəcəyik. Elə deyə-deyə məni 2 saylı Klinik Psixiatriya Xəstəxanasına apardılar. Mənə orada tibb bacısı dedi ki, rəngin solğundur, məni orada qalmağa məcbur etdilər. Sonra anam ərizə yazdı ki, mənim istəyimlə müayinə və müalicə olunsun. Beləcə məni mayın 2-dən 22-nə kimi orada saxladılar. Orada dərman, iynədən imtina etdikdə isə səni vururlar, döyürlər, yəni məcbur edirlər. 20 gündən sonra anam gəldi, məni çıxardı”.
Z.Nəcəfov vurğuladı ki, indi də anası hər xırda məsələyə görə münaqişə edəndə deyir ki, onu xəstəxanaya qoyacaq: “Bu vəziyyət Mübariz Mantaşovdan 102-yə şikayət edəndən sonra başlayıb. Mən xəstəxanadan çıxandan sonra anam mənim xəstəxana kağızımı Mübariz Mantaşova verib ki, mən xəstəxanada yatmışam. Mənə maraqlıdır ki, komendant mənim xəstəxana kağızımı niyə alıb? Mən bununla bağlı polis bölməsinə zəng etdim, növbətçi də mənə heç bir köməklik göstərmədi. Mən aidiyyatı qurumlardan xahiş edirəm, “ucastkovı”da, komendat da cəzalandırılsın”.