Qəssablar üçün normalar və qaydalar açıqlandı - Ət kəsimi necə aparılacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Qəssablar üçün normalar və qaydalar açıqlandı - Ət kəsimi necə aparılacaq?

Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili qaydaları açıqlanıb.

Median.Az
bildirir ki, Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, kəsilmək üçün sallaqxanaya, kəsim məntəqəsinə gətirilən heyvanlar həmin müəssisələrinin baytar həkimləri (baytar texnikləri) tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, faktiki heyvanların baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir, hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək, ya fərdi, ya da seçmə yolu ilə termometriya edilir.

Bundan sonra baytar həkimi heyvanların müəyyən edilmiş qaydada qəbul edilməsini, onların bazada yerləşdirilməsi və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir.

Kəsimə gətirilən heyvan qrupunda yoluxucu xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq olduqda diaqnozu yerində dəqiqləşdirmək və sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır.

Kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda icazə verilir (ət qida məhsulu kimi istifadəyə yararlı olduqda)

Respublikamızda qida üçün kəsilən heyvanlar qaramal (camış da daxil olmaqla), qoyun, keçi, ceyran, maral, dovşan, dəvə və bütün növ ev quşları aid edilir. Ət üçün 14 günlükdən kiçik heyvanların kəsilməsinə icazə verilmir.
Təsərrüfatlarda heyvanlar kəsimqabağı saxlandıqda və ya heyvan qısa müddət ərzində kəsimə gətirildiyi halda onlara əvvəlcədən həddindən artıq çox yemək yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə bazarda yem verilmədən saxlanılır. Belə olduqda təsərrüfatlarda qaramal ən azı 15 saat, dovşanlar 12 saat, quşlar 8-12 saat, suda üzən quşlar 4-8 saat yolda olduğu müddət də daxil olmaqla ac saxlanılmalıdır. Buzovlar kəsim məntəqəsinə təhvil verildikdən 6 saat sonra emala verilməlidir. Bu zaman onlara su verilməsinə məhdudiyyət qoyulmur, ancaq suvarma kəsimə 3 saat qalmış dayandırılmalıdır.

Heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri aşkar edilərsə, kəsilməsi qadağan edilir. Belə heyvanlar normal yemləmə və suvarma şəraitində 48 saat müddətində istirahət edir və bundan sonra yuxarıda göstərilən qaydalara uyğun kəsilir. Kəsim günü heyvanlar baytar həkimi tərəfindən baytarlıq baxışından keçirilir və heyvanların ümumi vəziyyətindən asılı olaraq hamısı və ya yaxud seçmə yolu ilə bir hissəsi termometriya edilir. Kəsimə sağlam heyvanlar gedir.

Kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Heyvanın cəmdəyi və digər orqanları baytarlıq ekspertizasından keçirilmək məqsədilə ət emalı müəssisələrində baytarlıq baxışı üçün xüsusi hazırlanmış masanın üstündə qarmaqlardan asılır.

Heyvanların cəmdək və orqanlarının baytarlıq baxışından keçirilən yer iş üçün əlverişli və işıqlı olmaqla bərabər, xəstəlik halı müşahidə edildikdə onun qeyd edilməsi məqsədi ilə xüsusi qurğusu, sterilizatoru (bıçaq, qarmaq və başqa alətlər zərərsizləşdirmək üçün), isti və soyuq su ilə təmin olunmuş əı-üz yuyanı, sabunu, əli dezinfeksiya etmək üçün xüsusi qabda dezinfeksiya məhlulu və əı dəsmalı olmalıdır.

Baytar baxışından keçirilməsi üçün heyvanların başı cəmdəkdən ayrılandan sonra alt çənəsi qolların bitişmə bucağının arxasındanvə yaxud da üzüyəoxşar asılır, dil üst tərəfdən və yanlarından zədələnməmək şərti ilə kəsilir və çənəarası boşluqdan müayinə üçün bütün limfa vəziləri üstündə olmaqla kənara çıxarılır.

Başlar: Başda çənəaltı, qulaqdibi və udlaqarxası limfa vəziləri açılıb baxılır. Dodaqlara və dilə baxılır, əllə yoxlanılır. Bundan sonra hər iki tərəfdə çeynəmə əzələlər (xarici tərəfdə iki, daxili tərəfdə bir dəfə) paralel olaraq sistiserkoza (finnoza) yoxlanılmaq üçün laylanır (Sistiserkoz-finnoz qurd invaziyalarına aid olan xəstəlikdir, heyvanın baş, ürək və boyun əzələlərində yulaf dəninə oxşar gözlə görünən qurd yumurtasıdır).

Dalaq: Xarisdən bütöv halda və kəsilməklə yoxlanılır.

Ağciyərlər: Xarici görünüşünə və əlləməklə bütün paycıqlara baxılır. Ağ ciyərdə mövcud olan bütün limfa vəziləri açılır. Parenxima və yerli iri bronxlar kəsilərək baxılır (yem kütləsi aspirasiyasına və s.), yəni heyvan kəsildikdə qan və ya mədə möhtəviyyəti bronxlarda aşkar olunubsa ağ ciyər utilə verilir.
Qaraciyərdə, böyrəklərdə, dalaqda, ağ ciyərdə hemoroji infarkt (qan sızıntıları) və başqa dəyişikliklər olsa belə onlarda irinli iltihab ocaqları olmadıqda həmin cəmdək və orqanlardan dəyişiklik gedən hissələr çıxarıldıqdan sonra onlar istifadəyə buraxılır.

Mədə: (mədə önlüyü) xarici tərəfdən seroz qişaya baxılır, limfa vəziləri yarılıb müayinə edilir. Lazım gəldikdə, mədə yarılır, selikli qişasına baxış keçirilir. Yem borusu sisteserkoza və sarkosistoza yoxlanılır.

Bağırsaqlar: Seroz qişa tərəfdən baxılır və müsariqə limfa vəzilərinin bir neçəsi yarılıb baxılır.

Yelin: Diqqətlə əllənir və 1-2 dərin yarma aparılır. Yelin üstü limfa vəziləri yarılıb baxılır.

Balalıq, toxumluqlar, öd kisəsi, mədəaltı limfa vəzilərinə baxış keçirilir, lazım gəlsə yarılıb baxılır.

Cəmdək: Xarici və daxili tərəfdən baxılır, əsas diqqət şişkinliklərin və başqa patoloji dəyişikliklərin olmasına yönəldilir. Yoluxucu xəstəliklər və yaxud da maddələr mübadiləsi pozğunluğunun olması ilə əlaqədar hər hansı bir şübhə yarandıqda, baytar həkimlərin göstərişi ilə üst-boyun (kürəkönü), qabırğa-boyun, qoltuqaltı, qabırğaarası, kranial döş, döşüstü, bel, sağrı, baldır bükümü, xarici cinsiyyət, oturaq və diz altı limfa vəziləri yarılıb baxılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 857 18.06.18 17:36