''Vətənim uğrunda qoyduğum cana bu gün qəsd etdirirlər''
Qarabağ müharibəsində gözlərini itirən qazi insanların qarşısında intihar mesajı verib. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, iyunun 14-də Qarabağ qazisi metronun ''Əhmədli'' stansiyasının yaxınlığında yerləşən köşkünün qarşısında üzərinə benzin tökərək yandıracağını bildirib. Səbəb isə ondan köşkü üçün qeyri-qanuni pul tələb edərək işlətməyə imkan verilməməsidir.
Etirazçı bir əlində əsa, digərində benzin, qoltuğunda isə dövlət başçısı İlham Əliyev və sabiq prezident Heydər Əliyevin portretini tutaraq həyatdan bezdiyini, özünü yandıracağını deyir: ''And olsun Allaha yandıracam özümü. Bir dəfə benzin tökdüm, yandırmadım. Bu dəfə yandıracam. Başqa yolum qalmayıb. Vətənim uğrunda qoyduğum cana bu gün qəsd etdirirlər. Ya əsgər forması geyinib metro qarşısında dilənəməliyəm, ya da özümü öldürəm ki şərəfzsiz yaşamayım''.