“Privet voram!”: Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Privet voram!”: Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır? - VİDEO

Tədris ilinin başa çatması ilə bağlı dünən Xaçmaz rayonunun Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində keçirilən "Son zəng" tədbiri zamanı oğru aləmini vəsf edən mahnılar səsləndirilib.

Median.Az
virtualaz.org-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən tədbirin rəsmi hissəsinin başa çatmasının ardınca məzunlar "Dolya vorovskaya", "Oğrular" kimi cinayətkar aləmi təbliğ edən mahnıların sədaları altında rəqs edirlər.

Azərbaycanda onsuz da son dövrlər cinayətkar aləmin, "vor zakon"ların və bu aləmin qanunlarının istər mətbuatda, istər cəmiyyətdə təbliği geniş vüsət alıb. Cinayətkar aləmi vəsf edən mahnıların, meyxanaların toylarda səslənməsi adi hala çevrilib. Və belə görünür ki, bu tendensiya çoxdan orta məktəblərə də ayaq açıb, əks halda Xaçmazdakı həmin məktəbin məzunları milli rəqsləri, yaxud vətənpərvərlik mahnılarını bir kənara atıb nədən oğru aləmini vəsf edən mahnılara oynayardılar?

Digər tərəfdən məktəblərdə son zəng tədbirlərinin təşkilatçıları bədii hissənin tərtibatına da nəzarət etməli deyilmi?

Bu sualla məktəbin direktoru Nurcahan Abasovaya müraciət etdik. Direktor yayılmış video kadrlardan xəbərdar idi və dərhal təkzibə keçdi. O, həmin mahnıların məktəbdəki son zəng tədbirinin başa çatmasından sonra səsləndirildiyini deyir: "Tədbir qurtarandan sonra uşaqlar özləri üçün oxuyub-oynayıblar. Yəni həmin musiqilər tədbir müddətində səslənməyib. Bizdə tədbirin proqramı da var, kim istəsə dəvət edək, gəlib baxsın. Nazirin əmri ilə saat 12-də tədbir qurtarıb və biz məktəbi bağlamışıq, dağılışmışıq. Məktəbin həyətində kimsə çalıb-oynayıbsa, ona məktəb cavabdehdir?"

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu isə məsələdən xəbərsiz olduğunu,dedi: "Şübhəsiz ki, əgər belə hal varsa, yaxşı hal deyil. Biz bununla bağlı araşdırma aparıb sizə məlumat verərik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            13 316 15.06.18 13:27