Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.
Bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:
“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib.
Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Bağırsaq çöpləri aşkarlanıb. Digər ərazidə yerləşən çimərliklər isə standartara cavab verir.
Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyundan nümunələrin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq.
Qeyd edək ki, iyunun 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.