Bakı-Qazax yolunda yol patrul xidməti əməkdaşı kobud qayda pozub.
Qayda pozuntusu Kənan Məmmədov adlı sürücünün avtomobilindəki videoregistrator tərəfindən qeydə alınıb.
Kadrlardan da göründüyü kimi, yol patrul xidməti əməkdaşının polis geyimində şəxsi avtomobillə yol hərəkəti qaydasını pozur və əks istiqamətdə hərəkət edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən sürücüyə cavab gecikməyib:
"Yol patrul xidməti əməkdaşının polis geyimində şəxsi avtomobillə yol hərəkəti qaydasının pozulması barədə Daxili İşlər Nazirliyinə elektron poçt vasitəsi ilə ünvanladığınız müraciətlə bağlı araşdırma aparılıb.
Bildiririk ki, şəxsi nəqliyyat vasitəsini Bakı-Qazax yolunun 16-cı km-də birtərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə idarə etdiyinə görə YPX inspektoru inzibati məsuliyyətə cəlb edilib".//baku.ws