Deputat: Məktəblər internet-kafelərlə əhatə olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Deputat: Məktəblər internet-kafelərlə əhatə olunub

Bu gün məktəblərimizin ətrafı, demək olar ki, internet-kafelərlə əhatə olunub və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna və ya dərs bitən kimi bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir.

O qeyd edib ki, məktəblərin əksəriyyətinin yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir:

“İnternet-kafelərimizdə filtrasiya sistemi, kamera nəzarət sistemi, demək olar ki, pis vəziyyətdir”.

Millət vəkili hesab edir ki, uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan, görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər parlamentin müzakirəsində olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ən azı ikinci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır.

Millət vəkili adıçəkilən sənəddə televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalara məruz qalırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır:

“Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar, onlar üçün zərərli olan bir sıra xoşagəlməz halları görür və eşidirlər. Bunlara son qoyulmalıdır”.

Q. Paşayeva bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrimizdə uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziyalarımızda, radio kanallarımızda, bir sözlə, mətbuat və media qurumlarında bununla bağlı, ailələrimizin, uşaqlarımızın, cəmiyyətimizin daha da geniş maariflənməsinə yer ayrılmalıdır və bu məsələnin qanunda öz əksini tapması vacibdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 542 13.06.18 12:38