Yas mərasimlərindəki israfçılıq artıq bir neçə ildir müzakirə olunsa da, bu istiqamətdə köklü dəyişiklik hələ ki, hiss edilmir.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
İctimai bəlaya çevrilən bu dırnaq arası adətə təxminən 4 il bundnan əvvəl ləğvetmə qərarı verildi. Qadağa müsbət qarşılansa da, əməl edən azdır.
Sakin: “Yas mərasimi ölülərə lazım deyil dirilərə lazımdı. Çünki bu mərasimləri etməklə insanlar başların qatır”.
Sakin: “İştirak etmişəm. İfrat dərəcədə olub hər şey. Orada yemək yeməmişəm”.
İlahiyyatçıların fikirncə, dəbdəbəli yas mərasimlərinin keçirilməsi sosial bərabərliyin pozulmasına gətirib çıxarır.
Hacı Surxay – QMİ-nin nümayəndəsi: “Oraya gələnlər eyni səviyyədə adamlar olmur. Ehtiyacı olan adamlar da olur”.
Proses təkcə yas mərasiminin təşkili ilə yekunlaşmır. Təmtəraq qəbristanlıqlarda da davam etdirilir. Başdaşılar sanki bir-biri ilə yarışır. Qafqaz müsəlmanları idarəsinin nümayəndəsi Hacı Surxay deyir ki, qəbir daşları ilə bağlı standart yaxın vaxlarda müəyyən olunacaq.
Bu məsələ millət vəkillərini də narahat edir. Qadağalara bəzi bölgələrdə riayət olunur.
Fazil Mustafa – Millət vəkili: “İnsanlar tövsiyyəni dinləmirlər. Gözləyirlər ki, qapıda polis durub desin ki, olmaz. Onda da etiraz edirlər ki niyə qoymursuz tədbirimizi keçirək”.
Bahalı başdaşı, dəbdəbəli ehsan süfrələri dində də bəyənilmir.