Paytaxtın Nəsimi rayonu 1, 2, 3, 4, 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə oxu.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyət Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.