Ölkədə turizmin canlanması ilə Bakının mərkəzi,el arasında "torgovoya" kimi tanınan,Nizami küçəsində həyat daha da "maraqlı" olub. Bu küçədə dünyanın ən qədim peşənin sahibləri turistlərin çoxluqundan istifadə edib, öz xidmətlərini açıq şəkildə xarici vətəndaşlara,əsasən ərəb turistlərinə təqdim edirdilər.Fəvvarələr meydanında fahişəliklə məşqul olan qızlar skamyada əyləşib ərəblərin onlara yaxınlaşmasını gözləyirdilər,ən sırtıqları isə özləri belə turistlərə ilişirdilər
Vəziyyət o yerə çatmışdı ki,bu biabirçiliqdan,paytaxt sakinləri ailəsi ilə gəzməyə və istirahət etməyə mərkəz küçələrə çixa bilmirdilər
Çox şükür ki,bu gün bu neqativ hallar tam aradan qaldırılmışdir.Səbail rayonu polis işçilərinin səyi nəticəsində qısa müddət ərzində həmin negativ hallar aradan qaldırılmışdır.Yüzə yaxın fahişəliklə məşğul olan qadın barəsində,qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.Bəs bu halları aradan qaldıran kimdir?
Həmin ərazinin Səbail RPİ-nin rəisi Şəmşir Kazımov başda olmaqla,Səbail RPİ-nin 9-cu PB-nin rəisi Elsəvər Qədirov,həmin ərazinin sahə inspektoru polis kapitani Fədai Maqsudov və əməliyyat müvəkkili,polis mayoru Sahib Qasimova təşəkkürümüzü bildiririk.
Bu gün,ölkənin sabit və təhlükəsiz qalmasında əvəzsiz xidməti olan,və əsas yük əlbətdə ki Daxili İşlər nazirliyin üzərindədir.
Gecələr Bakının mərkəz küçələrində qorxusuz,təhlükəsiz və rahat şəkildə məhz POLİSƏ görə gəzə bilirik.
Buna görə da bütün DİN-nin əməkdaşlarına təşəkkürümüzü bildiririk.