“Ədəb Kanada” jurnalının baş redaktoru, erməni yazıçılar ittifaqının, İngiltərə yazıçılar ittifaqının, Ukrayna jurnalistlər ittifaqının üzvü Vaaqn Karapetyan ermənilərə müraciət edib.
Vaaqn erməniləri Qarabağ xülyasından əl çəkməyə çağırıb.
“Qarabağ erməniləri “vətən”ə can atmalı idilər. Amma əksini gördük. Gec-tez Qarabağ klanının üzvləri Rusiyanın tərkibinə girəcəklər və qarət etdiklərini əllərində saxlayacaq. Ermənistan isə bir zibil də qazanmayacaq. Əvəzində minlərlə qəbir, sağalmaz yara, Ermənistan və Azərbaycan xalqları arasında əsrlər boyu düzəlməyəcək münasibət olacaq. Bu gün Qarabağ erməniləri işğal edilən ərazini tərk edirlər. Niyə gedirsiniz? O vaxt azərbaycanlılar sizə mane olurdu, bu gün kim sizə mane olur? Heç kəs o torpaqlarda yaşamaq istəmir. 20 ildən çoxdur ki, heç bir erməni ölən qohumunun, doğmasının məzarını ziyarət etməyib. Heç kəs valideynlərindən üzr istəməyib. Onların daha vacib işi var-köçürlər. 25 ildən çoxdur ki, Ermənistan blokadadadır. Onlara görə Azərbaycan Dağlıq Qarabağ və 7 rayonunu itirib. Bura onların vətənidir. Ermənilərin günahı ucbatından nə qədər insan qırılıb”, - deyə yazıçı əlavə edib”- deyə yazıçı bildirib.
Karapetyan Ermənistana səslənib ki, Azərbaycana təcavüz etdiyini etiraf etsin: “Nə olur olsun, Ermənistan təcavüzkar olduğunu etiraf etməlidir. Nəyin bahasına olursa olsun, bu etiraf olmalıdır”.
Yazıçının video-müraciətini təqdim edirik:
/olke.az