İki uşağı ilə birlikdə evdən qaçan Şirinova Ramidə Əli qızı sevgilisi ilə birlikdə Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə çıxıb.
Canlı yayım zamanı məlum olub ki, Ramidə ərinə səkkiz il xəyanət edib və bu vaxt ərzində Ayaz adlı şəxslə münasibətdə olub.
Veriliş zamanı qadın ərinə xəyanət etməsini etiraf edib. Bu zaman onun həyat yoldaşı da müzakirələrə qoşulub.
Daha sonra məlum olub ki, Ramidənin qaçdığı Ayaz da evlidir. Efirə bağlanan qadın Ayazın iki dəfə ailə qurduğunu və üç uşağı olduğunu bildirib.