Bu ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bu ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək

Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.

Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­n əsas prioritetlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 300 06.06.18 14:33