Azərbaycanın Zaqatala rayonunda dünən axşam saatlarında baş verən güclü zəlzələdən sonra bu gün səhər saatlarında yeddi afterşok qeydə alınıb.
Bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
“Dünən zəlzələ yerli vaxtla 22:40-da yerli 2 kilometr dərinliyində baş verib. Maqnitudası 5.5 bal olub. Səhər saatlarında isə zəif afterşoklar qeydə alınıb və bunlar hiss olunmayıb”, - o deyib.
Qeyd edək ki, yeraltı təkanlar Azərbaycanın şimal-qərb rayonlarında da hiss olunub. Bəzi rayonlarda kiçik dağıntılar olub.