Sərvətlərini KASIBLARA, XƏSTƏLƏRƏ verən milyarderlər - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Sərvətlərini KASIBLARA, XƏSTƏLƏRƏ verən milyarderlər - SİYAHI

Avstraliyanın ən zəngin şəxslərindən olan, "müsəlman milyarder" kimi tanınan və 29 mayda xərçəng xəstəliyindən vəfat edən Əli Banat hazırda dünyada ən çox müzakirə olunanlardan biridir.

"Ölümü ilə dünyanı ağladan müsəlman milyader" kimi tanınan Əli Banatın 36 yaşı var idi. 2015-ci ildə sağalmaz xəstəliyə düçar olduğunu və cəmi 7 ay ömrünün qaldığını öyrənəndən sonra sərvətini kasıblara xərcləmək qərarı verib.

Əli Banat dünyasını dəyişsə də, bu işləri onun qurduğu cəmiyyət sərvət qurtaranadək davam etdirəcək.

Qeyd edək ki, uzun illər ərzində qazandığı milyardları kasıblara bağışlayan milyarderlərin sayı az deyil. Yeniavaz.com saytı sərvətinin tam və ya bir hissəsini kasıblara bağışlayan və bütün dünyada məşhur olan iş adamlarının siyahısını təqdim edir.

Bir müddət öncə Avropada ən təvazökar milyarder adını qazanmış Olav Thon sərvətini xeyriyyə işlərinə xərcləməyə qərar verib. Təxminən 25 milyard kron (3 milyard avro) varidatı olan 90 yaşlı iş adamı pullarını kasıblar üçün sərf etməyə başlayıb: "Bundan sonra sərvətimə ehtiyacım yoxdur. Pulları cənnətə və ya cəhənnəmə apara bilməyəcəm. Elə bu səbəbdən varidatımı cəmiyyətə və insanlara faydalı olacaq işlər üçün xərcləyəcəm".

Səudiyyə Şahzadəsi Alwaleed Bin Talal da bütün sərvətini bağışlayıb. 32 milyar dollar öz şəxsi sərvətini bağışlayan Səudiyyə Şahzadəsi bildirib ki, sərvətinin ölkə, din, dil, məzhəb fərqi olmadan dünyanın hər yerində sağlıq problemlərinə, xəstəlikləri yox etməyə, insanların rifahını yüksəltməyə xərclənməsini istədiyini bildirib.

Əslən suriyalı olan, Dubayda yaşayan 38 yaşlı biznesmen Mazzi Dumato keçirdiyi avtomobili qəzasından sonra fərqli həyat tərzi yaşayır. Döş xərçəngi olan həyat yoldaşının müalicəsi üçün təxminən 700 min dollar xərcləyən Dumato həyat yoldaşının ağır vəziyyətindən təsirlənərək, Braziliyada xərçəngə qarşı mübarizə mərkəzi açıb, sərvətinin yarısını xəstələrin müalicəsinə bağışlayıb.

Dumato həyat yoldaşının xərçəng bəlasından qurtulmasına o qədər sevinib ki, çətin vəziyyətdə olan xəstə insanlara yardım etmək məqsədilə xəstəxanalarda fond yaratmaq qərarına gəlib.

Dünyanın ən tanınmış və varlı boksçuları arasında yer alan Filippindən olan idmançı Manny Pacquiao indiyədək kasıblara 200 milyon dollar pul bağışlayıb. O boks yarışlarından qazandığı vəsaitin tam yarısını kimsəsizlərə və pula ehtiyacı olan adamlara sərf etdiyini bildirib: "Qazandığım pulların yarısını kasıb əhaliyə bağışlayıram. Hər döyüşümdən sonra gəlirlərimin yarısını kasıblara bağışlamaq üçün ayırıram. Hətta, bir zamanlar boksdan getmək istəsəm də, kasıblara yardım etmək üçün bu fikrimdən vaz keçmişəm".

Dünyanın məşhur içki markasının sahibi ispan Antonio Fernandez Rodriguez ölmündən əvvəl sərvətini kəndindəki 80 nəfərə vəsiyyət edib. Rodriguezin ölümüylə 80 kəndli 210 milyon dollar sərvətin sahibi olub.

Məşhur milyarder Corc Soros sərvətinin 80%-ni 1979-cu ildə yaratdığı fonda bağışlayıb. 23 milyard sərvəti olan Soros "Open Society Foundations"a 18 milyard dollar yatırım edib.

Norveçli iş adamı Kjell İnge Roekke 2 milyard olduğu təxmin edilən sərvətinin böyük bir hissəsini okeanlara bağışlayıb. O bağışlayacağı pullarla okeanların plastik materiallardan təmizlənməsini təşkil edən bir gəmiyə dəstək verəcək.

"Amazon" şirkətinin təsisçisi Cef Bezos həyat yoldaşı ilə birlikdə miqrant uşaqlarının təhsil alması ilə məşğul olan "TheDream.US" qeyri-kommersiya təşkilatına 33 milyon dollar bağışlayıb.

Dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının tam əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib.

Milyarder Bill Qeyts isə həyatı boyu xeyriyyəçiliyə 27 milyard dollar xərcləyib.

Sərvəti 61 milyard dollardan çox olan Uorren Baffet həyatı boyu xeyriyyəçiliyə 21,5 milyard dollar xərcləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            10 158 05.06.18 21:55