Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda taksi sürücüsü turistin başına oyun açdı : Qapını bağlayıb... (FOTO)

27.04.2018 17:31 21 598
Bakıda taksi sürücüsü turistin başına oyun açdı : Qapını bağlayıb... (FOTO)
Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri “fərqlənib”. Belə ki, Baku Taksi daşıyıcı şirkətə məxsus və "badımcan taksiləri" kimi tanınan taksilərin sürücülərindən biri çinli turistən gediş haqqının 300 faizini istəyib. Bu barədə çinli turist Eason Janq sosial şəbəkədəki səhifəsində yazıb. 

“Bakıdakı bu taksi üçün ayıb olsun. Mən “Port Baku”dan Gənclikdəki Abu Arenaya getmək istəmişəm. O, taksometri işə salmayıb, qapıları bağlayıb və məndən 15 manat pul istəyib. Gediş haqqı isə maksimum 5 manat, 189 taksi xidməti ilə hətta 4 manatdır. Sürücü mənə dedi ki, ürəyin istəyirsə lap polisə zəng vur. Yəni, mən 15 manat ödəməsən məni taksidən buraxan deyil.” 




Vəkil dostuna zəng vuran çinli turist polisə zəng vurmağa xahiş. edib. Bunu görən taksi sürücüsü istədiyi məbləği dərhal 10, sonra isə 8 manata endirib. 

“Sonda mən 8 manat ödədim və taksini tərk etdim. Lakin bu Formula-1 vaxtı çox pis təcrübə oldu,” - deyə turist bildirib. 




Məsələni aydınlaşdırmaq üçün daşıyıcının özü ilə əlaqə saxlamağa çalışdıq. “Baku Taksi”nin səhifəsində göstərilən nömrələr üzrə telefona nəinki cavab verdilər, nömrələrin biri ümumiyyətlə şəhər sakininin ev nömrəsi olub. Əvəzində isə daha bir şikayətçinin rəyinə rast gəldik.

“Qız qalasının yanından Bayıl İnn-ə gedirdim. Sürücü 27.57 AZN-ə çek verdi amma gediş haqqının 12 manat olduğunu dedi. Səs-küy saldım və 10 AZN ödədim. Amma saytınızda həmin yolu 2 manata getmək olduğu qeyd olunub.”





Bakı Nəqliyyat Agentliyindən baku.ws-ə bildirdilər ki, bu məsələ ilə bağlı məlumat daxil olub və bununla bağlı müvafiq araşdırma aparılır. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, ümumilikdə isə Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətində nizam intizamın yaradılmasını hədəfləyib.

“Məqsədimiz bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaq şəhərimizin müasir simasına uyğunlaşdırmaqdır. Bununla bağlı Beynəlxalq praktika öyrənilməklə konsepsiya hazırlanıb. Bu konsepsiyada taksi xidməti ilə bağlı bir çox vacib məqamlarla öz əksini tapıb. İstər nəqliyyat vasitələrinə olan tələblər olsun İstər sürücülərin peşəkarlığı ilə bağlı məsələlər olsun. “

Qeyd edək ki, ötən ay nazillər kabinetinin iclası zamanı ölkə başçısı İlham Əliyev əcnəbi turistlərin Azərbaycana səfərləri zamanı qanunsuzluqlarla üzləşdiyini bildirmişdi.

Onun sözlərinə görə, Azərbaycan hər bir turizm potensialı olan ölkə kimi çalışır ki, turistləri cəlb eləsin, onlar üçün şərait yaradsın lakin turistlərin üzləşdiyi neqativ hallar ancaq ölkənin imicinə zərər vurur.
скачать dle 11.3

Son xəbərlər