Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni dələduzlar peyda olub: insanları aldadılır – VİDEO

14.03.2018 16:35 3 507
Azərbaycanda yeni dələduzlar peyda olub: insanları aldadılır – VİDEO
Bəzi hərəkətləri evdə etməklə boyu 12 sm-ə qədər uzatmağın mümkün olduğu iddia edilir. Hətta bəzi sosial şəbəkələrdə nəticənin ilk həftədən də təsir edəcəyi deyilir. Proqram paketi pullu təklif olunur. Hətta daha inandırıcı etmək üçün üzü bağlı insanların müqayisəli şəkilləri də paylaşılır. Səhifədə yazılanlara inansaq 50 manata 12 sm boyumuz uzana bilər .Pul isə ilk gündən ödənməldiir. Maraqlısı budur ki, bunun üçünsə heç bir müayinə və analiz tələb etmirlər.

Bu proqramlar hər nə qədər də inandırıcı görünməsə də, boy uzatmaq üçün müraciət edənlər də az deyil. Mütəxəsislər isə tibbi cəhətdən bu iddiaların əsassız olduğunu deyirlər. Evdə hər hansısa hərəkətləri etməklə boy uzatmaq mümkün deyil. Lakin elə insanlar da var ki, həkimə getmədən evdə boy uzatmaq üçün bəzi hərəkətləri etməklə boy ölçülərinin uzandığını iddia edirlər. Həkimlər isə deyir ki, təklif edilən proqramdakı bəzi idman hərəkətləri boy ölçüsünə təsir edir. Amma bu müvəqəti xarakter daşıyır.

Kortəbii şəkildə edilən məşqlər isə ağır fəsadlar törədə bilər. Lakin boyu qısa insanlar da ümidlərini kəsməsinlər.25 yaşa qədər olan hər bir kəsin boyunun uzanma ehtimalı var.Bunun üçün isə sadəcə əl bilək nayihəsində yerləşən bəzi nöqtələrdə inkişafın davam edib-etmədiyini rentgen aparatı ilə yoxlatmaq lazımdır. Yalnız bundan sonra həkim məsləhəti ilə hər hansı bir proqram tətbiq edilə bilər. \Xezerxeber

Son xəbərlər