Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xanımların diqqətinə! Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTOLAR

06.04.2018 16:11 44 244
Xanımların diqqətinə! Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTOLAR
Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir.

İndi də bəzi şəxslər xanımlara ginekoloji məsləhət verdiklərini və ya masaj xidməti təklif etdiklərini iddia edərək xanımları aldatmağa başlayıblar. Belə ki, "İnstagram” sosial şəbəkəsində ginekoloq adı ilə qeydiyyatdan keçən bəzi şəxslər istənilən məsləhət üçün onlarla əlaqə saxlamağın mümkün olduğunu yazırlar.

Median.Az Minval.İnfo-ya istinadən xəbər verir ki, belə şəxslər hətta məxfiliyin qorunacağına da söz verirlər. Bu profillərdə əsasən, internetdən götürülmüş bir neçə şəkil paylaşılır, həkimin kimliyi, çalışdığı tibb müəssisəsinin adı qeyd edilmir, hətta bir profildə "həkim” özünün yaşını, subay olduğunu da qeyd edib.

İlk başda müayinənin artıq sosial şəbəkədən istifadə edilməklə həyata keçirilməsinin mümkünlüyü insanda şübhə doğurur. Ancaq bir az araşdıranda bu cür profillərin saxta olduğunu və qadınları müayinə adı ilə aldadaraq şəkillər istədikləri bəlli olur.


 

Xanımlar məsləhət istədikləri bu saxta ginekoloqlara genital bölgələrinin şəklini göndərirlər. Beləliklə bəzi xanımların sadəlövlüyü və ya az savadlı olması onları bu cür manyak insanların qurbanına çevirir. Cinsi aclığını bu cür doydurmaq məqsədi güdənlər daha dəqiq "müayinə” üçün qadınlardan aldıqları şəkilləri öz məqsədləri üçün istifadə edirlər. Heç kəsin şübhəsi yoxdur ki, bəlkə bir azdan həmin qadınları bu şəkil vasitəsilə şantaj da edəcəklər.


 
Qadınları aldadaraq onları öz iyrənc əməllərinə alət etmək istəyən manyakların digər əl atdığı üsul isə masaj xidmətidir. Müxtəlif elan saytlarına "yalnız xanımlara öz evlərində, rahatladıcı masaj xidməti” məzmunlu elanlar dərc edirlər. Xanımlar masaj üçün əlaqə saxladıqda isə onun evli olub-olmadığı, masaj vaxtı evdə başqalarının olub-olmayacağı soruşulur. Elə bu yaxınlarda "Space” telekanalında bir aktrisa köməkliyi ilə bu cür fırıldaqçılardan biri ifşa olunmuşdu. Əvvəlcə qanına qeyri-peşəkar masaj etdikdən sonra, dayanmadan onla əlaqə saxlayan şəxs ona intim təkliflər edirdi.


 
Əlaqə saxladığımız digər bir masaj xidməti təklif edən fırıldaqçı isə sonda ifşa edildiyini anladıqdan sonra ünvanımıza təhqirlər yağdırmağa və "evli qadın masaj elətdirmək istəyirsə, deməli pozğundur” kimi fikirlər səsləndirməyə başladı. Öz pasiyentlərinə pozğun kimi yanaşan şəxslər də manyakdan başqa bir şey deyillər.

Görünür cinsi aclıq çəkənlər internetdən tam "səmərəli” istifadə etməyi bacarırlar. Bu cür şəxslərin əməllərinə alət olmamaq, onların qurbanına çevrilməmək üçün hər kəs gördüyü elanı daha diqqətli nəzərdən keçirməlidir. Ginekoloq müayinəsi üçün isə, xəstəxanalarda çalışan ixtisaslı həkimlərə müraciət etmək məsləhət edilir.

Son xəbərlər