Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Son zamanlar Bakı məktəblərində əxlaqla bağlı məsələlər tez-tez gündəmə gəlir.

Belə ki, fevralın əvvəli 132-134 saylı Təhsil Kompleksində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətə böyük müzakirələrə səbəb olub və tənqid olunub.

Bu gün isə Nərimanov rayonu 82 saylı orta məktəbdə yeniyetmə qızın açıq-saçıq görüntüləri yayılıb. Hətta bu məsələdə müəlliminin əli olduğu qeyd edilib. Hadisə ilə əlaqədar polisə müraciət olunub.

Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılıb.

Bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması aktuallaşır.

Bəs görəsən, məktəblərdə belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?

Məsələ ilə bağlı təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov Oxu.Az-a bildirib ki, məktəblərdə əxlaq problemi hər zaman aktual olub, lakin əvvəllər bu hadisələr belə ictimailəşməyib:

“Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir.

Valideynlər narahat olurlar. Fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, “online” əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır.

Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon var. Biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur.

Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir.

Qaldı ki mobil telefonlar vasitəsilə şagirdlərin açıq-saçıq şəkillərin yayılması məsələsinə, belə hallar özünü təkcə şagirdlər arasında yox, həm də müəllimlər arasında göstərir”.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır:

“Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyada belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb, bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir:

“Hesab edirəm ki, məsələ ilə bağlı yüksək səviyyədə bir qərar qəbul edilməlidir. Neqativ halların qarşısını almaq üçün Milli Məclisdə bununla bağlı qanun qəbul etmək lazımdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 906 22.02.18 17:47