14 yaşına çatmamış şəxslərə dərman satılmamasını yaradacağı problemlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

14 yaşına çatmamış şəxslərə dərman satılmamasını yaradacağı problemlər

Natiq Cəfərli: . “Sadə vasitələrin alınmasına 14 yaş məhdudiyyətinin tətbiq edilməsi məntiqsizlikdir”

Adil Qeybulla: “Yaşından asılı olmayaraq bütün şəxslərə dərmanlar həkim resepti əsasında buraxılmalıdır”


Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılmasının qadağan edilməsi ilə bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilidi. Bizimyol.info xəbər verir ki, fevralın 1-də Milli Məclis dəyişikliyi qəbul etsə də, müzakirə zamanı deputat Elmira Axundova bu müddəanın təcrübədə müəyyən çətinliklər yaradacağını deyib. O, bütün dərman vasitələrinin 14 yaşına çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsini düzgün hesab etməyib. “Məsələn, ana ilə oğul və ya qız tək yaşayırsa, ana xəstələnən zaman onun dərman almaq üçün göndərəcəyi başqa bir şəxs yoxdursa, o necə dərman alacaq? Nəzərə almaq lazımdır ki, bəzən bu və ya digər dərmanın operativ şəkildə alınmasından xəstənin həyatı asılıdır”.

Deputat təklif edib ki, dərman vasitələrini resept və reseptdə adı qeyd olunan şəxsin şəxsiyyət vəsiqəsini təqdim edən yeniyetmələrə həmin dərman vasitələrinin satışına icazə verilsin. “Yəni dəyişiklikdə bir neçə söz əlavə etmək olar və bu halda maddə belə səslənəcək; “On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin, resepti və reseptdə adı qeyd edilən xəstənin şəxsiyyət vəsiqəsini təqdim etmədiyi halda buraxılması qadağandır”” – deputat bildirib.

Natiq Cəfərli: “Yalnız psixatrop və narkotik tərkibli dərmanlara yaş məhdudiyyəti tətbiq edilməlidir”

Sözügedən qanun dəyişikliyinin işlənmə mexanizmi və təcrübədə vətəndaşlar üçün yarana biləcək problemlərlə bağlı ekspetlərin rəyi də müsbət deyil. İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına bildirib ki, çox güman, qanun dəyişikliyi xarici təcrübəyə əsaslanır. “Amma təəssüf ki, bu cür hallarda problemi incələmədən, məsələnin kökündə nələr durduğunu araşdırmadan qərarlar verirlər. Bir çox ölkələrdə narkotik tərkibli və paralel istifadəyə açıq olan dərmanların satışı üçün yaş məhdudiyyəti qoyulur. Azərbaycanda isə ümumilikdə bütün dərmanlara yaş məhduduyyəti tətbiq etməkdənsə, qadağanı kateqoriyalara görə qoymaq olardı. Elementar dərmanlara, məsələn, qripdən müalicə üçün, başağrısı üçün və s. sadə vasitələrin alınmasına 14 yaş məhdudiyyətinin tətbiq edilməsi məntiqsizlikdir. Valideynə təcili validol lazımdırsa və öz övladını aptekə göndərirsə, burada nə problem var? Onsuz da indi hər məhəllənin öz apteki var, uzağa getməyə də ehtiyac yoxdur. Valideyn 13 yaşlı uşağı adi bir dərmanı almağa göndərirsə, satmayacaqlarmı? Əlbəttə satacaqlar, hətta bu qanun tətbiq edilsə belə satacaqlar. Ancaq tərkibində narkotik, psixtrop maddələr olan dərman pereparatlarına belə bir məhdudiyyət tətbiq edilə bilərdi. Hətta bu qadağa 14 yox, daha yuxarı – həddi-buluğa çatma yaş həddinə qədər tətbiq edilə bilər.

“Bu tip qaydaların nəzarət mexanizmləri çox çətindir”

Qanunun tətbiqi zamanı işlənmə mexanizmləri və qaydaları da müəyyən deyil. Məsələn, bəzən 9 yaşında uşaq 15 yaşındakı kimi, yaxud da əksinə, 16 yaşına çatmış yeniyetmə 12 yaşlı uşaq kimi götünüşə malik ola bilər. Bu kimi hallarda sənəd olmadan yaşın müəyyən edilməsi də qeyri-müəyyənlik yarada bilər. Natiq Cəfərli vurğulayır ki, qanun dəyişikliyinin tətbiqində də problemlər olacaq. Onun sözlərinə görə qanunun tətbiqindən sonra bu kimi hallara görə apteklərin özündə problem yaşana bilər: “Yəni qanunun tələbinin pozulması səbəbilə apteklərə cərimə tətbiq olunacaq. Çünki dediyim kimi, adətən məhəllədə hamı-bir-birini tanıyır, qanunun müddəlarından irəli gələn tələblərə də çox zaman göz yumulacaq. Ümumiyyətlə, bu tip qaydaların nəzarət mexanizmləri çox çətindir. Sadəcə kim reydə düşəcəksə və hansısa formada pozuntu aşkarlanacaqsa, cərimələnəcək. Digər hallarda isə əvvəlki qaydada satış davam edəcək. Çünki Bakıdakı 1000-dən çox apekin hər birinin qarşısına nəzarətçi qoymaq da mümkün deyil. Ona görə də qanun və ya dəyişiklik qəbul edilən zaman məntiqi və işlənmə mexanizmi əvvəlcədən düşünülməlidir” – deyə ekspert bildirir.

“Həkim resepti olmadan dərman vasitəsi satılmamalıdır”

Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla isə hesab edir ki, yaşından asılı olmayaraq bütün şəxslərə dərmanlar həkim resepti əsasında buraxılmalıdır. O Bizimyol.info saytına bildirib ki, qanuna edilən bu dəyişiklik lüzumsuzdur. “Biz hansısa məsələni kökündən həll etməkdənsə, başlayırıq ona yamaqlar etməyə. Həkim resepti olmadan dərman vasitəsi satılmamalı, bütün hallarda həkim resepti əsasında buraxılmalıdır. İstər 14 yaşına çatmış, istərsə də çatmamış şəxs olsun, resept varsa, dərman verilməlidir, yoxdursa dərman buraxılmamalıdır. O ki qaldı psixatrop dərmanlara, bu pereparatlar da yalnız xüsusi reseptlərlə buraxılır. Nevropatoloqlar, psixiatrlar bi tip dərmanları yazırlar, həm tibb müəssisənin, həm də həkimin imzası və möhürü olur və o reseptin əsasında dərman xəstəyə buraxılır. Bizdə bir problem budur ki, icbari tibbi sığorta yoxdur. Digər problem isə odur ki, bizdə dərmanlar kimə gəldi satılır. Baxan yoxdur ki, bu dərman vasitəsi güclü təsirə malikdir, müəyyən ağırlaşma yarada bilər və s.”.

“Dərman bazarı xaotik bir vəziyyətdədir”

Professor Adil Qeybulla hesab edir ki, dərman bazarı dəhşərli və xaotik bir vəziyyətdədir: “Aşağı keyfiyyət parametrləri ilə xarakterizə edilən dərmanlar Azərbaycan bazarına yol tapır. Bu, həkimləri də, xəstələri də pis vəziyyətdə qoyur. Belə bir vəziyyətdə 14 yaşına çatmamış şəxslərə dərman vasitələrinin buraxılmasının qadağan edilməsi önəmsiz bir qərardır. Problemin həlli yolu həkim resepti olmadan dərman vasitələrinin satılmamasıdır. Çünki kim nə eşidir, gedir aptekdən özünə dərman alır, yaxud antibiotik alır vurur. Ona görə də problemlər artır. Antibiotiklərin bu şəkildə istifdəsi sovet təbabətinin günahıdır. Sovet təbabətində sağa-sola antibiotiklər işlədilirdi. İndi də kiməsə nəsə olanda heç həkimə də müraciət etmədən gedib antibiotik alıb özünə vurur. Sonra da ağır nəticələrlə üzləşirlər. Ona görə bu problem kökündən həll edilməlidir” – deyə ekspert bildirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 871 02.02.18 17:18