Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi

29.01.2018 18:08 3 871
Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi
ETSN rəsmisi: "O torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir"

Bayıl yamacında "Teleqüllə" ərazisində hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları çalışırlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, hazırda qurumun əməkdaşları Bayıl yamacında sürüşmə zonasındadır.

"Bu gün qazma işlərinə başlanılacaq. Ərazidə müəyyən işlər aparılıb. Bu gün çatlarda olan mayaklar yenilənəcək. Sürüşmə kiçik olanda onu gözlə görmək mümkün olmur. Buna görə, də mayaklar qoyulur", — ekspert bildirib.

"Əvvəlki günlər yağış yağdığı üçün o mayakları təzələyə bilməmişdik. Çünki yağış mayakları yuyub aparır. Qazma işləri ilə müəyyən edə biləcəyik ki, sürüşmə müstəvisinin dərinliyi nə qədərdir. Bundan sonra nəmliyi, fiziki xüsusiyyətləri öyrəniləcək", — o əlavə edib.

Ərazidə yeraltı çayların axması məsələsinə gəldikdə isə, Əziz Qaralov qeyd edib ki, yeraltı çayın olması mümkün deyil: "Yeraltı sulu horizontlar, qurunt suları var. Su tələləri var ki, harasa yığılır, amma çay şəklində axıb harasa getməsi mümkün deyil".

ETSN rəsmisinin sözlərinə görə, ərazidə torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir: "Ərazidə 30-a yaxın qaçqın, məcburi köçkün evi var. 90-cı illərdə məcburi köçkünlər Bakıya gələndə kim harda gəldi, məskunlaşmağa başladı. İnsanlar da onlara məskunlaşmaları üçün kömək edirdi. Yəni 30-a yaxın ev bu şəkildə tikilib. Sonrakıların taleyini isə bilmirəm".


Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi və ərazidəki qanunsuz evlərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: "Müəyyən olunub ki, burada tikilən evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib. Hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır".

"Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansısa bir araşdırma aparıb, mövcud vəziyyətlə maraqlanmayıblar. Heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq", — Səbail RİH-dən bildirilir.скачать dle 11.3
Mojo.az Banner