Sürücülərin diqqətinə — Yollarda 421 yeni radar quraşdırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Sürücülərin diqqətinə — Yollarda 421 yeni radar quraşdırılıb

Ötən il respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.

Baku.ws-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

R.Zeynalov bildirib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş İdarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 676 25.01.18 14:19