Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb

Son günlərdə yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. 

Səbail Rayon İcra Hakimiyyətindən oxu.az-a bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

“Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir. Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib.

Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir. Məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır”, - məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 010 24.01.18 15:13