Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:35 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |     12:32 BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"  |     12:31 Zəngilan rayonunda bazar tikiləcək  |     12:30 Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat  |     12:29 İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib  |     12:23 Bakıda kişi sevgilisi tərəfindən öldürülüb? - Yenilənib  |     12:21 Əli İnsanov məhkəməyə müraciət edib  |     12:17 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı mərkəzi prospektlərdən biri bağlanır  |     12:16 Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb  |     12:14 Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ  |     12:12 Millimizin AVRO-2026 seçmə mərhələsindəki rəqibləri bəlli olacaq  |     11:59 Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanıldı  |     11:58 Abşeronda 11 yaşlı məktəbli itkin düşüb - FOTO  |     11:56 Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş olacaq  |     11:43 Altı dəfə eyni əmələ görə həbs olunan şəxs yenə tutuldu - FOTO  |     11:41 Şəmkirdə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb  |     11:39 Yuxunun hansı mərhələsi stresin qarşısını alır?  |     11:37 Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?  |     11:36 Abşeronda keçmiş məhkum tövlədə özünü asdı  |    

Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq ağciyər vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib.

"Report"un xəbərinə görə, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 137 23.01.18 18:02