Davos Forumu problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.
Bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Facebook” səhifəsində qeyd edib.
O qeyd edib ki, Davos İqtisadi Forumu dünəndən işə başlayıb.
“Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən üç minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı, prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüş və panel iclaslarında iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”, - deyə PA rəsmisi vurğulayıb.