Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür.

Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar baxmalıdır?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məsələ ilə bağlı bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var.

“Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər”.

Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

“Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Prezidentin fərmanı var.

Fərmana əsasən İnzibati Xətalar Məcələsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib”.

V.Hüseynov deyib ki, qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir.

“Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Məcəllədə yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 835 19.01.18 13:18