Piyada vurulubsa, sürücünü hansı cəza gözləyir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Piyada vurulubsa, sürücünü hansı cəza gözləyir?

Sürücü yol hərəkəti qaydasını pozduğu zaman düzgün yerdən keçməyən piyadanı vura bilər. Bu zaman piyadanın haradan keçməsi deyil, sürücünün avtomobili necə idarə etməsi önəmli olacaq. Və ola bilər ki, sürücü qaydanı pozmasın, piyada qəflətən qarşısına çıxsın (məsələn: sərxoş piyada) və hadisə baş versin. İstənilən halda bu vəziyyət diqqətlə araşdırılmalıdır.

Əgər piyada yolun nəzərdə tutulmayan yerindən keçirsə, həmin an avtomobil əyləcləyə bilməzsə (Aeroport şossesi, Zığ avtomagistralı, Buzovna-Bilgəh yolu və s), yol nahamar, qaranlıq olarsa, o zaman sürücüyə ittiham irəli sürülməz. Yetər ki. sürücü də qaydalara əməl etsin : Sürəti icazə verilmiş həddə olsun. Sutkanın qaranlıq və yağışlı vaxtında hərəkət sürətini buna uyğun nizamlasın. İşıqları, əyləc sistemi normal vəziyyətdə çalışsın. Bu zaman sürücünün ən etibarlı şahidi avtomobildə quraşdırılmış videoqeydiyyatçısı olacaq. Görüntüyə baxdıqda, sürücünün hərəkəti, piyadanın trayektoriyası daha aydın görünəcək və bu sürücünün bəraət almasına imkan yaradacaq.

Lakin, sürücü unutmamalıdır ki, o yüksək risk qrupuna aid olan texnikanı idarə edir. Avtomobil idarə edilməsi vətəndaş məsuliyyəti yaradır. Həmçinin avtomobilin vaxtlı-vaxtında texniki baxışdan keçirməklə, bu cür hallar zamanı avtomobili istismar qaydasını pozmadan idarə etdiyinizi göstərəcək və daha yüngül cəza ilə qurtula biləcəksiniz.

Ancaq, praktikada nələr tədbiq edilir:


Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma

263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[510]

263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.

Maddəni oxuyub həyacan təri sizi basmasın. Əsas məsələ sizin ehtiyyatlı olmağınız və avtomobilinizdə videoqeydiyyatçının olmasıdır. Hadisə baş verdiyi yerdə kamera yoxdursa, hadisənin səbəbkarı olmasanız belə, hər şey əksinizə işləyəcək. Ona görə videoregistratorunuz olsun. Mövsümi təkərləriniz yoxdur və əyləc sistemi nasazdırsa, yenə günahkar olacaqsınız. Çünki, avtomobili düzgün istismar etməmisiniz. İnanın mənə, həmin piyadanın haradan keçməsi deyil, sizin avtomobili necə idarə etməyiniz önəmli olacaq.

İndi isə sual yarana bilər ki, "bəs piyada qayda pozur və mənim avtomobilimə zərər dəyir. Ona heç nə düşmür?" Niyə düşmür ki?



Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Hətta siz həmin piyadadan avtomobilinizə dəymiş ziyanın ödənilməsini belə tələb edə bilərsiniz.



Bəs hadisə baş verirsə, nə etməli?



Bu stereotiplərdən qurtulun: "Heç nəyə xeyir yoxdur". "Rüşvət verib müddəti azaldım". "Vəssəlam, getdim həbsxanaya". Cəza sürücünün günahı tam sübut edildikdən sonra verilir. Piyada vurulmasından sonra, atacağınız addımlar sizi xilas edə bilər:

İlkin tibbi yardım və təcili yardım çağırılması.
Hadisə baş verdiyi yerin qeydə alınması, hadisə şahidlərinin müəyyən edilməsi, onların ad,soyad və telefon nömrələrinin götürülməsi (şahidlərinizdir. Məhkəmədə lazım olacaq)
Ərazidə təhlükəsiz şəhər kamerası, bank və ya digər kameralar varsa, onların görüntüsünün işə əlavə edilməsi ilə bağlı vəsadət qaldırılması.
Görüntülərin silinməməsi üçün cəld tərpənmək lazımdır.
Videoqeydiyyatçınız varsa, dərhal görüntünün bir neçə surətinin çıxardılması.
Tərtib edilmiş akt, hadisə sxemi və protokolu oxumadan imzalanmaması.


Ən əsası yola çıxan zaman, hava şəraitini, sürət həddini nəzərə alın. Yoxsa, sizi çətin bir bəraət yolu gözləyir.//avtostop.tvскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 994 13.01.18 13:13