Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |     12:19 "Google" Azərbaycan bayrağının rənglərində "doodle" hazırlayıb  |     12:15 Tovuzda ana və övladı dəm qazından zəhərləniblər  |     12:06 Tarixin ən yaxşı futbolçusu seçilib  |     12:02 Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? - VİDEO  |     11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |     11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |    

Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.

Oxu.az xəbər verir ki, üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov “Dehli Sultanları” (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə “Danqal” komandasında çıxış edir.

Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.



Qeyd edək ki, “Dehli Sultanları” ilk turda “Mambey Maharathi” komandasına uduzub – 41:54. 92 kq çəki dərəcəsində mübarizə aparan Aslan Alborov Kadian Satyavarta 15:0 qalib gəlib. 65 kq çəkili üçqat dünya çempionumuz Hacı Əliyev isə Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova 2:3 yenilib.

Cəmaləddin Məhəmmədovun komandası isə “Pəncab Kralları”na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə “Danqal” 2 xalla lider, xalsız “Dehli Sultanları” isə sonuncu pillədə qərarlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 458 12.01.18 13:57