Tanınmış reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova milli.az-a oğlu ilə bağlı açıqlama verib. O, oğlu Cahangiri gecə kulubunda rep dediyinə görə qınayanlara sərt cavab verib:
"Düzdü, ora gecə klubu idi, amma Cahangir orada yox idi. Sadəcə olaraq, Dadoyla olan duetini oxuyanda çəkib bizə atdılar ki, Cahangirin repi səslənir. Biz də bunu İnstagram-da paylaşdıq. İnsanlar videoya baxmadan rəylər bildirdilər. Əslində, mənə heç kimin fikri maraqlı deyil, çünki rəy bildirən insanlar boş-bekar, işsiz-gücsüz insanlardır.
İstəmərəm ki, Cahangir reper olsun. Təbii ki, bir valideyn kimi ona dəstək olmağa hazıram. Repdə qazanc yoxdur, sən tanınırsan, sevilirsən amma cibin boş olur. O tanınmaq da sənə başqa işlər görməyə həmişə mane olur".