Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir

06.11.2024 21:37 1 758
Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir
2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü ilə nəticələnmiş ağır yol qəzası ilə bağlı istintaq başa çatıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə Əmanətlərin Sığortalanması Fondunun sabiq şöbə müdiri, həmçinin fondun ləğv prosesində olan bank üzrə Restrukturizasiya İşçi Qrupunun keçmiş rəhbəri 1981-ci il təvəllüdlü Muxtar Muxtarov təqsirləndirilib.

Məlum olub ki, M.Muxtarov çalışdığı quruma məxsus avtomobillə işlə bağlı Bakıdan Gəncəyə yola düşüb. Avtomobildə qurumun şöbələrindən birinin müdir müavini vəzifəsində çalışan Rəşad Həsənov və digər iki vəzifəli şəxs də olub. Onlar Bakı-Qazax yolunun 217-ci kilometrliyində - Ucarın Müsüslü kəndi ərazisində qəzaya düşüblər. Belə ki, Muxtar Muxtarovun idarə etdiyi "Nissan Sunny” markalı xidməti avtomobil "KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan şəxslərdən Rəşad Həsənov vəfat edib. Daha 2 nəfər isə xəsarət alıb.

Uzun vaxt aparan ibtidai və məhkəmə istintaqından sonra Ucar Rayon Məhkəməsi faktla bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilən şəxslə R.Həsənovun ailəsi arasında barışıq əldə edilməyib.

Məhkəmədə bildirilib ki, Rəşad Həsənovun həyat sığortası olduğuna görə qəzadan sonra onun ailəsinə rəsmi olaraq cəmi 282 619 manat sığorta pulu ödənilib.

O da məlum olub ki, Rəşad Həsənovun atası Müzəffər Həsənov Muxtar Muxtarovdan müxtəlif dövlət qurumlarına şikayət edib. O, M.Muxtarovla görüşü zamanı 200 min manat ödəməyəcəyi təqdirdə şikayətçi olacağını bildirib. Mərhumun atası təqsirləndirilən vəzifəli şəxsə məbləğin 80 min manatını nağd, qalan 120 min manatı isə ayda 700 manat olmaqla ödəməyi və bu məqsədlə müqavilə bağlamağı təklif edib: "Lakin mən ona bu qədər vəsaiti ödəmək imkanında olmadığımı bildirdim. Bundan sonra Rəşadın atası hədə və şantajlarını davam etdirərək məni və avtomobildə olmuş digər 2 nəfəri də tutduracağını dedi”.

Məhkəmə prosesində müəyyənləşib ki, M.Həsənov M.Muxtarova qarşı dəymiş maddi-mənəvi zərərə görə 919 min manatlıq mülki iddia qaldırıb.

Ucar Rayon Məhkəməsinin çıxardığı hökmlə Muxtar Muxtarov Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb. Cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

919 min manatlıq mülki iddia isə sənədlərin yetərsizliyi səbəbilə baxılmamış saxlanılıb.

Son xəbərlər