Velosiped və skuterlər bu hallarda cərimələnir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Velosiped və skuterlər bu hallarda cərimələnir

Son illərdə Bakı şəhərində velosiped və skuter istifadəçilərinin sayı artmaqdadır. Bu, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəlmə meyli olsa da, eyni zamanda, bir sıra təhlükələrə yol açır. Avtomobil yollarına çıxan velosipedçilər və skuter sürücüləri öz təhlükəsizlikləri ilə yanaşı, digər yol istifadəçilərinin də təhlükəsizliyini riskə atırlar.

Velosipedçilər və skuter sürücüləri avtomobil yoluna çıxmaqla, qəza riskini artırırlar. Xüsusən də yolun sıx olduğu vaxtlarda sürətlə hərəkət edən avtomobillərin arasında manevr etmək ciddi zədələrə səbəb ola bilər. Həmçinin, bəzi avtomobil sürücüləri velosipedçiləri və skuterləri nəzərə almadan manevr edə bilər ki, bu da qəza riskini daha da artırır.

Velosipedçilərin və skuter sürücülərinin düzgün davranışı yol təhlükəsizliyini artırmaq üçün vacibdir. Lakin bir çox istifadəçi yol hərəkəti qaydalarını tam mənimsəməyib. Bu səbəbdən ictimai maarifləndirmə kampaniyaları və təlimlərin keçirilməsi vacibdir. Velosipedçilər və skuter sürücüləri təhlükəsizlik qaydalarına riayət etməli, qoruyucu avadanlıqlardan istifadə etməli və səkilərdə, xüsusi yollar üzərində hərəkət etməlidirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, velosiped və skuterlərin avtobus zolağında hərəkəti ilə bağlı qanunda qeyri-müəyyənlik var.

"Belə ki, qanunda bir yerdə yazılıb ki, eyni yolda həm velosiped zolağı, həm avtobus zolağı yaratmaq mümkündürsə, bu halda velosiped zolağı avtobus zolağının sağ tərəfində omalıdır. "Yol hərəkəti haqqında” Qanunun 46 və 46-1-ci maddələrinə əsasən, velosipedlər, mopedlər və kiçik elektrikli nəqliyyat vasitləri heç bir halda ikinci zolaqla hərəkət etməməlidirlər.

Ən sağ zolaqda maneənin yanı ilə hərəkət etməlidirlər. Avtobus zolağı olan yerlərdə ən sağ zolaq elə avtobus zolağıdır. O müddəalardan yola çıxsaq, belə çıxır ki, velosiped, skuter üçün ayrıca yol nəzərdə tutulmayıbsa, o, heç bir halda avtobus zolağından başqa zolaqla gedə bilməz. Çünki bu təhlükəlidir. Bu səbəbdən də qanunda göstərilməsə də, bu nəqliyyat vasitələri avtobus zolağı ilə getməlidirlər. Velosiped yolu varsa, hərəkət iştirakçısı velosiped yolu ilə deyil, avtomobil və avtobus yolu ilə gedirsə, 40 manat məbləğində cərimə olunur", - o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, ilkin olaraq velosiped və skuterlərin ayrıca hərəkətini təmin edən zolaq şəbəkəsi tamamlanmalıdır.

"Bu zolaq kəsintisiz olmalı və zəbt edilməməlidir. Hazırda paytaxtda kifayət qədər belə faktlar var. Bu nəqliyyat vasitələrinin yol şəbəkəsi müəyyən bir ərazini əhatə edirsə və təyin olunan zolaqlardan kənara çıxarsa, o zaman cərimə olunacaq. Belə halda cərimə tətbiq edilməsi ədalətsiz yanaşmadır. Zolaq olmadığından bu nəqliyyat vasitələri məcburən avtomobil yollarına çıxırlar", - deyə o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 15.10.24 22:28