Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı tövləyə də keçib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.