Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Median.Az xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
Xəsarət alanlar - sürücü Oğuz rayon sakini 1961-ci il tələvəllüdlü Rəhmətov Məhəmməd, Səudiyyə Ərəbistanı vətandaşları 1985-ci il təvəllüdlü Alamri Əhməd Hassan və 1987-ci il təvəllüdlü Hakami Əli Qumayrıdır.