İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı keçirilən məhkəmədən DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:17 EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək  |     21:08 Azərbaycan Ordusunun əsgəri intihar etdi  |     20:28 Sabah Bakının 3 rayonunda qaz olmayacaq  |     20:10 KİV: Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq  |     19:58 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib  |     19:48 Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib  |     19:37 Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər  |     19:05 Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  |     18:53 Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır  |     18:33 Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"  |     18:22 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi  |     18:06 Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə  |     17:21 Azərbaycanda jurnalist vəfat etdi  |     17:11 “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib  |     16:46 Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək  |     16:35 Bakıda bahalı avtomobillər yanaraq kül oldu - FOTO  |     16:31 COP29 iştirakçıları üçün taksi xidməti ilə bağlı YENİLİK  |     16:29 Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi - SƏBƏB  |     16:24 Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi  |     16:03 Bayram günlərində metro necə işləyəcək?  |    

İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı keçirilən məhkəmədən DANIŞDI

Bu gün İranın paytaxtı Tehranda baş nazirin müavini Şahin Mustafayevi qəbul edən İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın bu ölkədəki səfirliyinə hücumla bağlı məhkəmə prosesinin gedişatı barədə danışıb.

Median.Az
"Fardanews"a istinadən xəbər verir ki, Məsud Pezeşkian terror hücumunu həyata keçirən Yasin Hüseynzadənin cinayət işinin nəzarətdə saxladığını açıqlayıb.

"Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik", - deyə Məsud Pezeşkian vurğulayıb.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində bu ilin fevral ayında edam hökmü çıxarılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 14.10.24 17:20