Kirayə ev bazarındakı vəziyyət hazırda çoxlarının diqqət mərkəzindədir. Əmlak qiymətlərinin artması və mənzil təminatındakı çatışmazlıqlar səbəbindən çox sayda insan kirayə evlərdə yaşamaq məcburiyyətində qalır. Xüsusilə, paytaxtda və digər böyük şəhərlərdə kirayə evlərin tapılması və uyğun qiymətlərin seçilməsi əsas problemlərdən birinə çevrilib.
Son vaxtlar daha bir nüans kirayəçiləri narahat edir. Belə ki, vətəndaşlar iddia edirlər ki, mənzildə kirayə qalan zaman ev sahibi ilə müqavilə bağlanmadıqda cərimə yazılır - ev sahibi 800 AZN, evdə qalan şəxslərin hər biri isə 50 AZN ödəməli olur. Bir qisim isə cərimənin kirayə müqaviləsi bağlanmadığına görə deyil, qeydiyyat məsələləri ilə bağlı tətbiq olunduğunu iddia edir.
Məsələ ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Kamandar Nəsibov bildirib ki, ölkənin mülki qanunvericiliyinə əsasən müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənmədikdə cərimə tətbiq oluna bilər: