Göygöldə əqrəb sancmasından dünyasını dəyişən müəllimin fotoları yayılıb.
Fotoları "Qafqazinfo" təqdim edib.
Xatırladaq ki, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdlü Adil Məmmədovu sentyabrın əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb. Müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində gənclərin hərbi hazırlığı fənnindən dərs deyirmiş.