Ali Məhkəməyə yeni hakimlər təyin ediliblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Ali Məhkəməyə yeni hakimlər təyin ediliblər

Ali Məhkəməyə yeni hakimlər təyin ediliblər.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməyə hakimlərin təyin edilməsi haqqında layihə müzakirə olunub.

Layihə üzrə İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənovun Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilirdi.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, İlqar Cəfərov 2020-24-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 08.10.24 14:11