Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Prius"la məktəblini vuran sürücü məhkəmə zalından azadlığa buraxıldı

13.09.2024 12:28 1 638
Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vəli Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinin "Qeyd" hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib. Vəli Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. Hökmdə qeyd edilib ki, iş üzrə maddi sübut kimi tanınmış "Toyota Prius" markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın.

İttihama görə, hadisə 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Vəli Vəliyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş, 2011-ci il təvəllüdlü Valeh Səfərlini (şərti) vuraraq ona bədən xəsarəti yetirib. Daha sonra sürücü yaralını xəstəxanaya aparıb.

Hadisədən sonra Vəli Vəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər