Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək

12.09.2024 22:20 1 836
Gəncədə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsinin açılışı olub.

Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, layihənin ilk günü baş tutan konfransı giriş sözü ilə açan filologiya elmləri doktoru, akademik, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov layihənin keçirilməsini yüksək qiymətləndirib.

Konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”, filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzuları ilə çıxış ediblər.

Həmçinin layihənin ilk günü libretto müəllifi Şahin Musaoğlu, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus "5 QAPI" tamaşası Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə təqdim olunub.

Qeyd edək ki, layihə sentyabrın 15-dək müxtəlif proqramlarla davam edəcək.

Son xəbərlər