Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qusarda “TikTok” videosu çəkən şəxsin qəzaya düşmə ANI - YENİLƏNİB

20.07.2024 17:47 3 132
Qusarda “TikTok” videosu çəkən şəxsin qəzaya düşmə ANI - YENİLƏNİB
Qusarda yük maşını minik avtomobili ilə  toqquşub, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

"Unikal"ın məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "Tiktok" platforması üçün video çəkən rayon sakini 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

O, video çəkən zaman "VAZ 2107" markalı minik avtomobili ilə  qəfil əks zolağa manevr etdiyindən 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Albert Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər