Mojo.az Banner
23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |     22:42 Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     22:35 İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi  |     22:30 Şənbə günü sulu qar yağacaq  |     22:23 "Porsche"nin satışları 10 faiz azaldı  |     22:18 Gəncədə 73 yaşlı qadını maşın vurdu  |     22:10 "Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb (Video)  |     21:57 Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb  |     21:54 Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb  |     21:44 Türkiyə Ermənistanla sərhəd məntəqəsini bu tarixdə açacaq  |     21:37 Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?  |     21:29 Dövlət Xidməti 3 ədəd avtomobil alır - QİYMƏT  |     21:22 Daha bir ərazidə piyada zonası yaradılır - Video  |     21:09 ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək  |     20:54 Niyə müasir uşaqlar 10 il əvvəlkindən daha tez-tez xəstələnir? - Həkimdən açıqlama  |     20:49 Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |     20:46 Goranboyda 12 yaşlı uşaq öldü  |     20:41 "Neomotors" barəsində Dövlət Agentliyində iş qaldırıldı - SƏBƏB  |    
Left Banner
Right Banner

Xankəndiyə marşrut xətti açılır

19.07.2024 12:17 1 017
Xankəndiyə marşrut xətti açılır
"Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır".

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlər daxili sərnişindaşıma həyata keçirilməsi üçün işlər gedir:

"Hətta biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elan ediləcək və tezliklə fəaliyyətə başlayacaq".

A.Rzayev qeyd edib ki, yeniliklərin tətbiqi Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək:

"AYNA tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrut (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır. Vətəndaşlar yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər edə bilirlər. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər".
//oxu.az
скачать dle 11.3