Azərbaycanda bu ilin ilk altı ayında yol-nəqliyyat hadisələrində neçə nəfər dünyasını dəyişib? » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |    

Azərbaycanda bu ilin ilk altı ayında yol-nəqliyyat hadisələrində neçə nəfər dünyasını dəyişib?

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu ilin birinci yarımilliyi ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99 fakt, başqa sözlə 12.7 faiz azalaraq 681 fakt təşkil edib:

"Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən illə müqayisədə 54 nəfər azalaraq 333, xəsarət alanların sayı isə 71 nəfər azalaraq 598 olub".

BDYPİ-dən bildirilib ki, qeydə alınan yol qəzalarının növləri sırasında piyadavurma, toqquşma, maneə vurma, aşma hadisələri üstünlük təşkil edib.

"Hadisələrin başvermə səbəblərinə gəldikdə isə avtonəqliyyat vasitələrini yüksək sürətlə idarəetmə, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması faktları daha çox qeydə alınıb", - deyə məlumatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 18.07.24 18:58