Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |     11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |    

Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq

Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi AB-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib. O, bu vəzifədə Toivo Klaarı əvəz edəcək.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Maqdalena Qrono Çexiyadandır:

"Mqadalena Qrono AB Şurasının Prezidenti Şarl Mişelin baş müşaviri vəzifəsində çalışıb. Toivo Klaar Şarl Mişelin tapşırıqlarını yerinə yetirir, Bakı ilə İrəvana səfərləri sırasında Brüsselin təkliflərini çatdırırdı. Onun açıqlamaları bəzən ziddiyətli olurdu. Ədalət naminə demək lazımdır ki, Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün çox çalışdı, ancaq onun planlarını Fransa Prezidenti Emmanuel Makron pozdu. Makron "mən də masada oturmalıyam" deməsəydi, Şarl Mişelin Bakı ilə İrəvan arasında moderatorluğa davam edəcəkdi. Rəsmi Bakı Makronun iştirakıyla Brüsselin moderatorluğunu qəbul etmədi. Bununla Brüssel Berlinin və Vaşinqtonun arxasında qaldı, indi əsas moderatorlar bu iki dövlətdir. Odur ki, Fransa masadan çəkilmədiyi müddətdə Maqdalena Qrononun Bakı və İrəvana səfərləri nəticə verməyəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 17.07.24 22:45