DİM Memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? - VİDEO  |     11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |     11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |    

DİM Memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 17 – 23 iyul (saat 23:59-dək) 2024-cü il tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

APA xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən az 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər:

"Hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq".

Xatırladılıb ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər:

"İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan şəxslər məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar. Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər. Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2024-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət/memarlıq” adlı xüsusi buraxılışında verilib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 17.07.24 20:05